Bəstəkar Sevinc Tofiqqızının “Çağır məni” adlı mahnısına qısa film və klip çəkilib. Sözləri Xanım İsmayılqızına məxsus olan mahnını müğənni Aslan Hüseynov ifa edib.
Bəstəkarın bildirdiyinə görə, mahnı Qarabağ şəhidlərinin xatirəsinə həsr olunub. Film və klip vətənpərvərlik mövzusundadır. Layihənin rejissoru Elmar Məmmədov, ssenaristi Pəyyam Rafiqoğludur. Ekran işində Sevinc Tofiqqızı, fotoqraf Ramin Aslanov, aktyor Mehman Məmmədov, müğənni Aslan Hüseynov çəkilib.