Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal – qalib gəl!” layihəsi çərçivəsində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş virtual sərgi təşkil edib.

Sərgidə qalereyanın kolleksiyasından nümunələr – ölkəmizin rəssamlıq sənətinə töhfələr verən sənətkarların Azərbaycan əsgərlərinin hünər və şücaətini təsvir edən əsərləri nümayiş olunub.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.

“Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” adlı virtual sərgini qalereyanın sosial media (“Facebook”, “İnstagram”) hesablarından da izləmək mümkündür.