Narınc Xatuna həsr olunmuş onlayn konsert
“Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi “Youtube” kanalı və “Facebook” sosial şəbəkəsindəki səhifələri vasitəsilə iyulun 17-də (saat 20:00) Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən biri Narınc Xatunun 90 illiyinə həsr olunmuş “Ustadlarım gəlib-gedər, sazım, sözüm əbədidir” mövzusunda onlayn konsert təşkil edəcək.
Konsertdə “Aşıq Pəri Məclisi”nin rəhbəri Pərvanə Zəngəzurlu, bədii rəhbəri Güllü Eldar Tomarlı, aşıqlar Səadət Buta, Südabə İrəvanlı, Cəvahir Qaraqızı, Gözəl Kəlbəcərli, Lətifə Çeşməli, Kəmalə Məhyəddinqızı və Ayşə Səyyadqızı iştirak edəcəklər.