Beynəlxalq sərgi virtual nümayiş olunur

İtaliyada keçirilməsi planlaşdırılan və pandemiya səbəbindən təxirə salınan “Life beyond tourism – Travel to Dialog” (“Turizmdən kənarda həyat – Dialoqa doğru səyahət”) beynəlxalq sərgisinin bütün proqramı təxirə salınmışdı. Layihə təşkilatçıları sərgini virtual rejimdə keçirməyi qərara alıblar.

20 ölkədən (Azərbaycan, Belçika, Kanada, Gürcüstan, Yunanıstan, Litva, Polşa, Çexiya, Rumıniya, Rusiya, İspaniya, Türkiyə və s.) 100-dən çox rəssam bu layihənin assosiativ üzvüdür. Onlar  əsərlərini “Life beyond tourism – Travel to Dialog”un virtual sərgisində nümayiş etdirmək imkanına malikdirlər. Əsərlər sentyabrın 15-dək qəbul olunur.

Rəsmlər qəbul olunduqca virtual sərgiyə çıxarılır. İlk sərgi artıq nümayiş olunur.