Pandemiya səbəbindən təxirə salınan 23-cü Şanxay Beynəlxalq Kinofestivalının keçirilməsi iyulun sonlarına nəzərdə tutulub.

Məlumatda qeyd olunub ki, bundan öncə festivalın təşkilat komitəsi 12-13 iyuna nəzərdə tutulan tədbiri təxirə salmışdı. Açıqlamada bildirilmişdi ki, koronavirusun yayılmasına baxmayaraq, filmlərin nümayişinə hazırlıqlar davam edir, çünki festivala nəinki ölkə daxilində, eyni zamanda bütün dünyada müxtəlif təşkilatlar tərəfindən maraq göstərilir.

Şanxay Beynəlxalq Kinofestivalı 1993-cü ildən keçirilir. Festivalın münsiflər heyətinə müxtəlif vaxtlarda Oliver Stoun və digər dünya şöhrətli kinematoqrafçılar daxil olub. Uzun illər davam edən festivalın fəaliyyəti nəinki Çinin kino sənayesinə təsirsiz ötüşməyib, hətta beynəlxalq mədəni mübadilə və əməkdaşlıq platformasına çevrilib.

SƏBİNƏ