Kanadada keçirilən 40-cı beynəlxalq Monreal film festivalı başa çatıb. Festivalda Türkiyə qonaq ölkə qismində iştirak edib.
Rejissor Rey Ülvinin ekranlaşdırdığı “Küləkdə tərpənən Nilufər” adlı film “Ən yaxşı ssenari” mükafatına layiq görülüb. Festivalda “Ən yaxşı film mükafatı”nı Xorvatiya, Çexiya, Makedoniya və Sloveniyanın birgə istehsalı olan və rejissor Rajko Grlicin ekranlaşdırdığı “Konstitusiya” filmi qazanıb.
Qeyd edək ki, Türkiyə qonaq ölkə kimi festivalda 11 ekran əsəri ilə təmsil olunub. Festival çərçivəsində “Toz” və “Yeməkdəydik və qərar verdim” filmlərinin premyerası baş tutub.