Azərbaycan Dövlət Rəsm Qalereyası iyulun 8-də “+5C” adlı yeni virtual layihəyə start verib.

Qalereyadan bildirilib ki, layihə sənətsevərlərə xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə yanaşı, həm də hədiyyə qazanmaq imkanı yaradır.

Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının “İnstagram” (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulmaq mümkündür. Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 “whatsapp” nömrəsi ilə əlaqə saxlaya bilərlər.