Film Qarabağ müharibəsinin fəsadlarından bəhs edir

Sentyabrın 13-də YARAT Müasir İncəsənət Məkanında rejissor Zamin Məmmədovun ekranlaşdırdığı “Onun atası” filmi nümayiş olunacaq.
Psixoloji dram janrında çəkilən film Qarabağ müharibəsinin fəsadlarından bəhs edir.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultan, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və başqaları çəkilib.
Filmdə ailə başçısı olan jurnalistin müharibədə iştirakından bəhs olunur. Ekran əsərində itkin düşən jurnalistin axtarışları zamanı ailəsinin və yaxınlarının keçirdiyi həyəcan təsvir edilir. Azərbaycan dilində təqdim olunacaq filmin nümayişində hər kəs iştirak edə bilər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar