Rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi 12-ci Avrasiya Beynəlxalq film festivalının əsas müsabiqə proqramına daxil edilib. Festival sentyabrın 24-dən 30-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, festivalda filmin rejissoru da iştirak edəcək.
“Qırmızı bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb. Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).
Baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və başqaları canlandırıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar