"Qızıl şir" mükafatını filippinli rejissor qazandı, “Gümüş şir”i isə rusiyalı və meksikalı rejissorlar bölüşdü

Avqustun 31-dən sentyabrın 10-dək davam edən 73-cü Venesiya Beynəlxalq film festivalının mükafatları sahiblərini tapıb.
Festivalın baş mükafatı uğrunda 20 ekran əsəri yarışırdı və nəticədə "Qızıl şir" filippinli rejissor Lav Diasa qismət olub. O, mükafatı dördsaatlıq, çox hissəsi ağ-qara olan "Tərk etmiş qadın" filminə görə qazanıb. Film səhvən məhkum edilmiş məktəb müəlliməsinin intiqamından bəhs edir.
Festivalın ikinci dərəcəli mükafatı olan “Gümüş şir”i isə iki rejissor bölüşüb. Rusiyalı rejissor Andrey Konçalovski “Cənnət” adlı kinodrama görə, meksikalı Amat Eskalanten isə gənclər arasında münasibətlərdən bəhs edən "Toxunulmamış məkan" filminə görə mükafatlandırılıblar.
Festivalın “Ən yaxşı aktyor” mükafatını argentinalı Oskar Martinez, “Ən yaxşı aktrisa” adını isə amerikalı Emma Stoun qazanıb.
Ən yaxşı ssenari isə Noy Openxaymın “Jeki” filminin ssenarisi hesab edilib. Marsello Mastroyanni adına “Ən yaxşı yeni aktyor” nominasiyasında Paula Bir seçilib. O, mükafata fransalı rejissor Fransua Ozonun “Frans” filmində yaratdığı obraza görə layiq görülüb.
Amerikada yaşayan iranlı rejissor Amir Naderi 73-cü Venesiya film festivalında “Jaeger-LeCoultre Glory” mükafatını qazanıb. Mükafat ona müasir kinoya orijinal və innovativ yeniliklər gətirdiyi üçün verilib.
Xatırladaq ki, festivalın açılış mərasimində tanınmış polyak kinorejissoru Eji Skolimovski dünya kinematoqrafına verdiyi töhfələrə görə fəxri “Qızıl şir” mükafatı ilə təltif edilmişdi.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar