Sentyabrın 29-da Türkiyənin Safranbolu şəhərində 17-ci Beynəlxalq “Altın Safran” sənədli film festivalı açılacaq.
Tədbirə “100 il öncə Əhməd Yəsəvi və Türküstan” fotoqraf sərgisi ilə start veriləcək. Bunun ardınca “Əhməd Yəsəvinin Anadoluya təsiri” adlı elmi konfrans işə başlayacaq.
Oktyabrın 1-də isə “Ən yaxşı bərpa edilən ev” plaketləri təqdim olunacaq. Sonra Beynəlxalq “Altın Safran” fotomüsabiqəsinin seçmə sərgisi açılacaq.
Festival çərçivəsində həmçinin iştirakçılar Osmanlı padşah geyimlərinin nümayiş etdirildiyi sərgini də izləyə biləcəklər.
Tədbir Beynəlxalq “Altın Safran” sənədli film festivalının mükafatlandırma mərasimi ilə başa çatacaq.
Qeyd edək ki, Beynəlxalq “Altın Safran” sənədli film festivalı hər il sentyabr ayında Safranbolu Bələdiyyəsi tərəfindən təşkil edilir. 2000-ci ildən bəri artıq 17-ci dəfə düzənlənən festivalın məqsədi mədəni mirasın qorunması və gələcək nəsillərə ötürülməsidir.

Mehparə Sultanova
Ankara