Oktyabrın 10-dan 14-dək Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda Rusiya kinosu günləri keçiriləcək.
Bu münasibətlə Rusiya Kino Fondunun direktoru Anton Malışev, rejissor və prodüser Renat Davletyarov, aktrisa Yevgeniya Malaxova (Davletyarova), rejissor Yuri Vasilyev, prodüser Mixail Deqtyar və “Kinofest” Prodüser Mərkəzinin direktoru Sergey Bragindən ibarət Rusiya nümayəndə heyəti ölkəmizə səfər edəcək.
Kino günlərinin açılışı 10 oktyabrda Nizami Kino Mərkəzində keçiriləcək. Mərasimdən sonra Renat Davletyarovun “Təmiz sənət” bədii filmi nümayiş olunacaq.
Kino günləri çərçivəsində 11 oktyabrda rejissor Yuri Vasilyevin “Qəhrəman”, 12 oktyabrda İndar Djendubayevin “O, drakondur”, sonrakı iki gündə İlya Çijikov və Anton Çijikovun “Bizim qəbiristanlığın oğlanı” və Eduard Bordukovun “Qutu” bədii filmi tamaşaçılara təqdim olunacaq. Nümayişlərə giriş sərbəstdir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar