Polşa kinosunun təblığinə  xidmət edən “Visla” film festivalı növbəti dünya turnesinə çıxacaq. Turne çərçivəsində Azərbaycan, Rusiya, Gürcüstan, Belarus, Xorvatiya, Serbiya, Türkiyə və digər ölkələrdə 10 yeni polyak filmi nümayiş olunacaq.

Bakıda filmlərin nümayişi noyabrın 12-dən 17-dək “Landmark”da – “Rotunda” caz klubunda gerçəkləşəcək.

“Visla” festivalının proqramına təkcə polyakların deyil, həm də xarici tamaşaçıların marağına səbəb olan ən son Polşa filmləri daxildir. Beynəlxalq kinofestivallarda müxtəlif mükafat almış repertuara komediya, dram və triller filmləri daxildir.