“Microsoft” korporasiyası “Office” proqramlar paketi üçün yenilənmiş dizaynını təqdim edib. Bu, 2007-ci ildən bəri ilk qlobal dizayn dəyişikliyidir.

Yeniləmə kompüter və smartfonlardakı proqramları əhatə edəcək. Şirkət nümayəndəsinin sözlərinə görə, yeni konsepsiya “Fluent Design” adlanır. Yeni dizayna əsasən, proqramlar yarımşəffaf fona malikdirlər, bütün qrafik elementlər sakit rənglə işlənib ki, bu da istifadəçini işdən yayındırmır.

İndi “Word”, “Excel” və başqa proqramları bir-birindən, həmçinin proqram ikonkasına görə fərqləndirmək mümkün olacaq. Tənzimləmələrə sürətli giriş üçün ofis paketinin bütün proqramlarına axtarış sətri quraşdırılıb.

Yeni dizayn “Windows” və “macOS” sistemlərinin idarəetməsi altında işləyən bütün kompüterlərdə, həmçinin “iOS” və “Android” sistemləri ilə işləyən smartfon və planşetlərdə eyni cür görünəcək.

Bu arada “Microsoft” korporasiyası “Windows” əməliyyat sistemi üçün yeniləmələrin əvvəlki ardıcıllığını bərpa edib. İyulun sonunda “Windows” üçün sistem yeniləmələri əlçatan olacaq.

Korporasiyanın mühəndisləri “Windows 10”, “Windows Server 1809” və daha yeni versiyalar üçün təhlükəsizlik məsələləri ilə bağlı olmayan yeniləmələrin iyulun sonunda çıxarılacağını təsdiq edib. Yeniləmələr istehlakçılar və şirkətlərin mütəxəssisləri üçün işi asanlaşdırmağa görə ayın üçüncü həftəsində çıxarılacaq. Bundan əvvəl onların buraxılışı koronavirus pandemiyasına görə ləğv edilmişdi.

“Microsoft” şirkətinin rəsmisi dəqiqləşdirib ki, ilk yeniləmələrdə sistemin kritik və ya az əhəmiyyətli səhvlərini düzəldən onlarla paket olacaq. İlk yenilənmə paketi iyulun 24-dən etibarən əlçatan olacaq.

CAVİD