Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanın Almatı şəhərində keçirilən “Tessa Music Contest” beynəlxalq müsabiqəsində onlayn iştirak edərək yüksək nəticələr qazanıblar.
İdarədən bildirilib ki, məktəbin Fortepiano şöbəsinin müəllimi Gülnar Mirzəyevanın sinfində təhsil alan beynəlxalq müsabiqələr laureatları Sevil Kəngərli və Zəhra Aslanlı müsabiqəyə müxtəlif yaş qrupları üzrə qatılıblar. Onların ifaları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və hər ikisi 1-ci yerə layiq görülüb.
Sevil Kəngərli həmçinin bu ilin dekabr ayında keçiriləcək qaliblərin Qran-pri uğrunda final yarışmasına vəsiqə qazanıb.