30 sentyabr - 4 oktyabr tarixlərində Yalta şəhərində ilk dəfə "Avrasiya körpüsü" beynəlxalq film festivalı keçirilib. Festivalın ideyası məşhur rus kinorejissoru Nikita Mixalkova məxsusdur. Müsabiqə proqramına 12 film daxil edilmişdi.
Qazaxıstanlı rejissor Akana Satayevanın "Anaya doğru yol" filmi "Avrasiya körpüsü" festivalının Qran-pri mükafatına layiq görülüb. "Ən yaxşı qadın rolu" nominasiyasında mükafatı bu tarixi dramda baş rolu oynayan Altınay Noqerbek qazanıb.
Qeyd olunub ki, filmin çəkilişləri Qazaxıstanda, Azərbaycanda və Belarusda aparılıb. Filmin müharibə səhnələri əsasən Dnepr sahillərində çəkilib. Döyüş səhnələrində çəkilişlərdə 500 nəfər iştirak edib, 300 ədəd hərbi silah-sursat, professional kaskadyor heyəti və pirotexnikadan istifadə edilib.
Festivalda “Ən yaxşı rejissor işi”nə görə mükafata alman rejissoru Marin Adenin "Toni Erdmann" filmi layiq görülüb. “Ən yaxşı kişi rolu” nominasiyasında "Venesiya aslanları" filmindən Neri Markore qalib olub.
Festivalın təşkilatçıları "Avrasiya körpüsü"nün ənənəvi olacağına və hər payız Yaltada keçiriləcəyinə ümid etdiklərini bildiriblər.

İlona Qubadova