Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 29-na olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, aktiv xəstə sayı 6288 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9817, ötən müddət ərzində isə ümumilikdə 708 632 test aparılıb.

Qeyd edək ki, gündəlik yoluxma sayı təxminən bir aya yaxın 500-ün üzərində olandan sonra son bir həftə ərzində 300-400 arasında dəyişir, 26 və 28 iyulda bir qədər çox (417 və 412) olub. Həmçinin, bu müddət ərzində gündəlik sağalma sayı 500-600 nəfər təşkil edib. Son iki həftədə (16-29 iyul) aktiv xəstə sayı 8575-dən 6288-dək azalıb.