11-15 oktyabr tarixində Rusiyanın Yekaterinburq şəhərində 27-ci sənədli filmlər festivalı keçirilir. Ölkəmiz festivalda 6 filmlə təmsil olunur. Festivalın proqramına uyğun olaraq 13 oktyabr tarixində Azərbaycanlı rejissorların ərsəyə gətirdiyi filmlər göstəriləcək. Proqrama Xamis Muradovun “Fransa qəhrəmanı” (1975), Teymur Bəkirzadənin “Dissonans” (1978), Nicat Bəkirzadənin “Polad adalar” (1985), Zaur Məhərrəmovun “Köç” (1983), Yavər Rzayevin “Gözümün işığı və ya qəribə heykəltəraş ömrü” (2014) və Tofiq Şahverdiyevin “Lahıc” (2014) sənədli filmləri daxildir. Qeyd edək ki, proqram Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov tərəfindən təqdim olunub.
Bu dəfə festivalda 12 ölkənin 65 şəhərindən 328 studiyanın ərsəyə gətirdiyi filmlər nümayiş olunur. Festivalda Litva, Gürcüstan, Latviya, Fransa, Norveç və digər ölkələr təmsil olunur.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar