İtaliyanın dünya şöhrətli modelyeri Corco Armani və məşhur aşpaz Cino Sorbillo Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) yeni səfirləri seçiliblər.

Dünya Turizm Təşkilatı bu qərarı İtaliyada turizm sektorunun pandemiyadan sonra fəaliyyətə başlaması münasibətilə qəbul edib.

Məlumatda bildirilir ki, təşkilat hər iki məşhur simanın öz statuslarından və təsir imkanlarından məsuliyyətli və davamlı turizm üzrə fəaliyyətində istifadə edəcək. Vurğulanır ki, qastronomiya və moda sahəsində gələcək liderlər İtaliya iqtisadiyyatının iki nəhəng sektorunda və ölkənin turizm sahəsində dünya liderinə çevrilməsində mühüm töhfə verəcəklər. Həmçinin, bu təyinatın Dünya Turizm Təşkilatının İtaliya ilə əlaqələrini daha da gücləndirəcəyinə ümid edilir.

LALƏ