Varşavada beynəlxalq film festivalı

Oktyabrın 7-də Polşanın paytaxtı Varşavada 32-ci Beynəlxalq film festivalı açılıb. Oktyabrın 16-dək davam edəcək festivalda 61 ölkədən 175 film nümayiş olunacaq. Festivalın proqramına 111 bədii və 64 qısametrajlı film daxil edilib.
1985-ci ildən keçirilən festivala 2009-cu ildə "A" kateqoriyası verilib. Yəni kino yarışması Avropanın aparıcı festivalları sırasındadır.
Festival təşkilatçıları bu il diqqətlərini əsasən Mərkəzi və Şərqi Avropa istehsalı olan filmlərə yönəldiblər. Yarışma ənənəvi olaraq bir neçə bölmədə - beynəlxalq müsabiqə bölməsi, bölmə «1-2» (burada az təcrübəyə malik rejissorların filmləri nümayiş olunur), eləcə də qısametrajlı, sənədli, qeyri-adi süjet xəttinə malik filmlər üzrə keçirilir.
Beynəlxalq müsabiqənin qalibi əsas mükafat kimi şabalıd yarpağı formasında olan qızıl heykəl və pul mükafatı qazanacaq.

İlona Qubadova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar