Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti 2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı bir sıra kino xadimlərinə pul mükafatları təqdim edib.
İttifaqın mətbuat xidmətindən bildirilib ki, 60 yaşları tamam olan Əməkdar incəsənət xadimi Ayaz Salayev və kinorejissor Şamil Əliyevə yubileyləri münasibətilə pul mükafatları təqdim edilib.
Bununla yanaşı, kino veteranları – Əməkdar incəsənət xadimi Leyla Səfərova, əməkdar mədəniyyət işçiləri Rəfiqə Budaqlı, Şahin Qalabəyov və Akif Rüstəmov, kinorejissor Zamin Məmmədov və Ədalət Yunusova da pul mükafatları verilib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının “Milli Kino Mükafatı” isə sentyabr ayında təqdim olunacaq.