Rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi 65-ci Mannhaym-Haydelberq Beynəlxalq film festivalının (Almaniya) müsabiqə proqramına dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, “Qırmızı bağ” festivala təqdim olunan 800 film arasından seçilərək 15 tammetrajlı bədii filmin siyahısına daxil edilib. Festival noyabrın 10-dan 20-dək Manhaym və Haydelberq şəhərlərində keçiriləcək.
“Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “WeiT Media” kino şirkəti tərəfindən lentə alınıb. Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).
Rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.
“Qırmızı bağ” bədii filminin beynəlxalq premyerası sentyabrda Qazaxıstanın Almatı şəhərində II Avrasiya Beynəlxalq film festivalında keçirilib. Film festivalın əsas müsabiqə proqramında nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar