COVİD-19 pandemiyası şəraitində, teatrların fəaliyyətinin dayandığı bir vaxtda Misirin Hərbi Sənaye Nazirliyi ölkənin Mədəniyyət Nazirliyinə səyyar teatr hədiyyə edib.
Ölkənin Hərbi Sənaye naziri Məhəmməd Əhməd Mursi və Mədəniyyət naziri Enas Abdel Dayem “Heluan” şirkətinin istehsal etdiyi ilk səyyar teatra baxış keçiriblər. Mobil teatrda səhnə, işıqlandırma sistemi, enerji blokları, qrim otağı və s. var.
Qeyd olunub ki, istehsalı davam etdiriləcək bu teatrlar təkcə pandemiya baxımından deyil, həm də normal dövrdə Misirin əyalətlərində tamaşalar təqdim edəcəklər. Mədəniyyət Nazirliyi səyyar teatr truppalarının formalaşdırılması barədə də göstəriş verib.
Misirin Mədəniyyət Nazirliyi əyalətlərdə mobil ailə kitabxanalarının yaradılması layihəsi üçün də Hərbi Sənaye Nazirliyinə sifariş verib.
CAVİD