Ölkələrimiz arasında olan qardaşlıq münasibətlərini qoruyan əsas amillərdən biri məhz mədəniyyətdir. Bu fikir avqustun 12-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və Türkiyənin Bakıdakı Yunus Əmrə Mərkəzinin rəhbərləri arasında görüşdə vurğulanıb.
MEMİM-in direktoru Asif Usubəliyev Yunus Əmrə Mərkəzinə yeni təyin olunmuş Selçuk Karakılıça uğurlar diləyərək iki qurum arasında 4 illik əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.
Sözügedən əməkdaşlıq çərçivəsində Azərbaycan və ümumiyyətlə, türk xalqlarının ortaq mədəniyyətinin tədqiqi və təbliği istiqamətində bir sıra layihələr reallaşdırılıb. Bu sıraya “Türk xalqlarının uşaq oyunlarının beynəlxalq festivalı”nın təşkili, ebru sənətinə həsr olunmuş metodiki vəsaitin hazırlanması, bir sıra təqdimatlar daxildir.
Yunus Əmrə Mərkəzinin direktoru Selçuk Karakılıç bundan sonra da əməkdaşlığa hazır olduqlarını deyib. Söhbət zamanı gələcəkdə reallaşa biləcək birgə layihələr ətrafında müzakirələr aparılıb.