Amerika kino aləmində “Oskar”dan sonra ikinci nüfuzlu mükafat olan «Qızıl qlobus» mükafatının 74-cü təqdimat mərasimi 2017-ci il yanvarın 8-də Los-Ancelesdə keçiriləcək.
Müsabiqə çərçivəsində 2016-cı ildə ən yaxşı film və televiziya filmləri mükafat uğrunda mübarizə aparacaq. Namizədlərin adları yarışmaya bir ay qalmış - 8 dekabr 2016-cı ildə açıqlanacaq. Mərasimin aparıcısı amerikalı komediya aktyoru Jimmi Follen olacaq. O, dörd dəfə ardıcıl olaraq bu mərasimin aparıcısı olan ingiltərəli həmkarı Riki Cervisi əvəz edəcək.
«Qızıl qlobus» mükafatının təqdimolunma mərasimi 1944-cü ildən keçirilir. Ənənəvi olaraq «Qızıl qlobus» mükafatı "Oskar" mükafatından öncə təqdim edilir və bir anlamda “Oskar”a aparan yol sayılır. Hollivudun 90 beynəlxalq jurnalistdən ibarət münsiflər heyəti səsvermə yolu ilə ən yaxşı rejissor, rejissor işi, bəstəkar, operator, ssenarist, aktyor və s. nominasiyalarda mükafata layiq görüləcək şəxsləri müəyyənləşdirirlər.

İlona Qubadova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar