Oktyabrın 16-da Türkiyənin Antalya şəhərində 53-cü Beynəlxalq Antalya film festivalının açılışı keçiriləcək. Festivalda 140-dək ekran əsəri nümayiş olunacaq. Filmlərin izlənilməsi üçün 40 minədək bilet satılıb. Festivalda “beynəlxalq müsabiqə” kateqoriyası üzrə 10 ekran əsəri yarışacaq.
Oktyabrın 23-dək davam edəcək festivalda “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı musiqi”, “Ən yaxşı qadın oyunçu” və “Ən yaxşı kişi aktyor” mükafatlarının sahibini ingilis rejissor Hyu Hudsonun başçılıq etdiyi beynəlxalq münsiflər heyəti müəyyən edəcək.
Ən yaxşı ekran əsəri “Qızıl portağal” heykəlciyinə və 50 min avro pul mükafatına layiq görüləcək. Budəfəki festivalda Türkiyə, İsrail, İspaniya, Gürcüstan, Bolqarıstan, Fransa, İtaliya, Belçika, Polşa və Hollandiya filmləri nümayiş olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar