“Xarici dildə film” nominasiyasında 85 ekran əsəri yer alıb

Amerika Kino Akademiyasının “Oskar” mükafatına bu il «Xarici dildə ən yaxşı film” nominasiyasında rekord sayda - 85 ekran əsəri təqdim olunub.
Əvvəlki rekord 2014-cü ildə qeydə alınmışdı, o vaxt iddiaçı filmlərin sayı 83 idi.
Mükafat uğrunda Rusiyadan Andrey Konçalovskinin «Cənnət», Polşadan bugünlərdə dünyasını dəyişmiş Ancey Vaydanın «Təsvirdən əvvəl», İspaniyadan Pedro Almodovarın «Cülyetta», Fransadan Pol Verxovenin «O» , İrandan Əsgər Farhadinin «Satıcı» və s. tanınmış rejissorların filmləri mübarizə aparacaq.
Yekun olaraq 9 filmin daxil olacağı namizədlərin qısa siyahısı dekabrın sonunda açıqlanacaq. Final mərhələsi üçün «Oskar» mükafatına 5 namizəd film isə yanvarın 24-də elan ediləcək. Mükafatların təqdim olunma mərasimi 26 fevral 2017-ci ildə keçiriləcək.
İlona Qubadova