Azərbaycan

11 avqust 1910 – Xalq artisti Konstantin Mixayloviç Myakişev (1910-1990) Bakıda doğulub. 1930-1960-cı illərdə (fasilələrlə) Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

11 avqust 1973 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi Zeynal Rza oğlu Xəlil (1914-1973) vəfat edib. “Düşüncələr”, “Sevdiyim rəng” və s. şeir kitabları, “Ulduzlar” mənzum romanı, “İntiqam”, “Ata yolu” pyeslərinin müəllifidir.

 

12 avqust 1880 – Tanınmış dilçi alim, jurnalist Fərhad Rasim oğlu Ağazadə (1880-1931) anadan olub.

12 avqust 1921 – Yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Hənifə qızı Babayeva (1921 – 23.9.2014) anadan olub. “Haradasan, dost, harada”, “Adamlar və talelər”, “Sönmüş ulduzların işığı” və s. romanların müəllifidir.

12 avqust 1923 – Tərcüməçi Kamil Həsən oğlu Məmmədov (1923-1989) Bakıda anadan olub. SSRİ xalqları ədəbiyyatından tərcümə etdiyi pyeslər teatrlarda tamaşaya qoyulub.

12 avqust 1926 – Xalq şairi, Dövlət mükafatı laureatı Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev; 1926 – 3.4. 2007) Bakıda anadan olub. Kitabları: “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri”, “İlahi qisməti” və s.

 

13 avqust 1944 – Əməkdar artist Mansur Əbdül oğlu Mansurov (1944 – 22.4.2020) Bakıda doğulub. 1970-ci ildən ömrünün sonuna qədər A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub.

 

14 avqust 1923 – Ədəbiyyatşünas, akademik, Dövlət mükafatı laureatı Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 – 20.1.2006) anadan olub. “Ədəbi irs və varislər”, “Azərbaycan ədəbi tənqidinin tarixi” və s. monoqrafiya və kitabların müəllifidir.

14 avqust 1933 – Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) Bakıda anadan olub. 30-dək kitabın müəllifidir. Sözlərinə “Ayrılma məndən”, “Toy olsun, bayram olsun” və s. populyar mahnılar bəstələnib.

14 avqust 1940 – Yazıçı-tərcüməçi, kino təşkilatçısı Asif Akif oğlu Əliyev (1940-2001) anadan olub. C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında Dublyaj şöbəsinin baş redaktoru işləyib.

14 avqust 1961 – Əməkdar artist Əzizə Əbdülbaği qızı Məmmədova (1892, Tiflis – 1961) vəfat edib. Akademik Milli Dram, Türk İşçi teatrlarında çalışıb, “Görüş”, “Səhər” və s. filmlərdə çəkilib.

14 avqust 2017 – Tanınmış rəssam Əsgər Əsgərov (1948-2017) vəfat edib. Rəngkarlıq, batika, qrafika və s. nümunələrində İçərişəhər mövzu və motivləri xüsusi yer tutur.

 

15 avqust 1902 – Əməkdar artist Qəmər Topuriya (Tamara Vissarionovna Topuriya; 1902-1947) Tiflisdə doğulub. Tiflis Azərbaycan Dram Teatrının, Azərbaycan Dövlət Akademik Dram Teatrının aktrisası olub.

15 avqust 1922 – Xalq artisti, respublikanın Dövlət mükafatı laureatı Konstantin Adamov (1922-1990) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru (1947-ci ildən) olub, filmlərdə çəkilib.

 

16 avqust 1924 – Məşhur tarzən, Əməkdar artist Əhsən Əliabbas oğlu Dadaşov (1924 –29.5.1976) Bakıda anadan olub. 1960-cı ildə Azərbaycan Televiziyası və Radiosunun “Xatirə” xalq çalğı alətləri ansamblını yaradıb. Hazırda kollektiv Ə.Dadaşovun adını daşıyır.

16 avqust 1925 – Xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik, Dövlət mükafatları laureatı Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 – 13.2.2009) Şəkidə anadan olub. 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub.

16 avqust 1925 – Yazıçı-dramaturq, ədəbiyyatşünas, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925 – 24.5.1967) Bakıda doğulub. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu” pyeslərinin müəllifidir. Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan KP MK-nın katibi olub.

16 avqust 1936 – Tanınmış filosof, AMEA-nın müxbir üzvü Zakir Cabbar oğlu Məmmədov (Baharlı; 1936 – 2.3.2003) Ağdamda doğulub. “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir”, “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” və s. kitabların müəllifidir.

 

Dünya

 

11 avqust 1748 – Alman bəstəkarı Yozef Şuster (Joseph Schuster; 1748-1812) anadan olub.

11 avqust 1921 – Amerika yazıçısı Aleks Heyli (Alexander Murray Palmer Haley; 1921-1992) anadan olub. Avtobioqrafik “Köklər” romanı ilə dünya şöhrəti qazanıb.

 

12 avqust 1866 – İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1922) laureatı Xasinto Benavente-i-Martines (Jacinto Benavente Martinez; 1866-1954) anadan olub. “Qubernatorun xanımı”, “Şənbə gecəsi”, “Yaxşı məhəbbətin dərsləri” və s. pyeslərin müəllifidir.

12 avqust 1955 – Görkəmli alman (yəhudi əsilli) yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann; 6.6.1875 - 1955) vəfat edib. İntellektual nəsrin ustası olub. Əsərləri: “İosif və onun qardaşları” tetralogiyası, “Buddenbroklar”, “Doktor Faustus” romanları və s.

 

13 avqust 1655 - Alman musiqiçisi, klarnet alətinin ixtiraçısı Yohann Xristof Denner (Johann Christoph Denner; 1655-1707) anadan olub.

13 avqust 1899 – Amerika rejissoru, “Oskar” mükafatları laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.

 

14 avqust 1866 – Rus yazıçısı, şair, filosof Dmitri Merejkovski (1866-1941) anadan olub. Rus ədəbiyyatında simvolizmin banilərindən biri, tarixi-fəlsəfi roman janrının (“Xristos və Antixrist” trilogiyası və s.) yaradıcısıdır. 1919-cu ildən mühacirətdə yaşayıb.

14 avqust 1867 – İngilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı (1932) laureatı Con Qolsuorsi (John Galsworthy; 1867-1933) anadan olub. “Forsaytlar haqqında saqa” trilogiyası, “Gümüş qutu” pyesi və s. əsərlərin müəllifidir.

 

15 avqust 1771 – Şotland yazıçısı, şair, tarixçi Valter Skott (Walter Scott; 1771-1832) anadan olub. Tarixi roman janrının banisidir. Əsərləri: “Edinburq həbsxanası”, “Ayvenqo”, “Kventin Dorvard”, “Marmion” (mənzum roman) və s.

15 avqust 1890 – Fransız bəstəkarı Jak İber (Jacques François Antoine İbert; 1890-1962) anadan olub. Əsərləri: “Anjelika”, “Kral İveto” (opera), “Səyyah cəngavər” (balet) və s.

 

16 avqust 1645 – Fransız yazıçısı və mütəfəkkiri Jan de Labryuer (Jean de La Bruyere; 1645-1696) anadan olub. Əxlaq və fəlsəfi dəyərlərdən bəhs edən “Xarakterlər” əsərinin müəllifidir.

16 avqust 1987 – Görkəmli rus aktyoru Andrey Mironov (8.3.1941 – 1987) vəfat edib. “Brilyant əl”, “Avtomobildən qorun”, “12 stul” (1976, rej. M.Zaxarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

Hazırladı:  Vüqar ORXAN