Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan kinosunun maraqlı nümunələrindən olan “Bəxt üzüyü" filmi (1991) Daşkənddəki "Ramsel film" studiyasında özbək dilinə dublyaj olunub. Mədəniyyət mərkəzində filmin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Samir Abbasov bir sıra Azərbaycan filmlərinin Özbəkistanda məşhur olduğunu, "Arşın mal alan", "Əhməd haradadır?", "Qayınana" filmlərinin hələ sovet dövründə özbək dilinə dublyaj olunduğunu bildirib. S.Abbasov şair-dramaturq Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında ekranlaşdırılan "Bəxt üzüyü" filmi haqqında danışaraq, filmin həm komik, həm də fəlsəfi aspektdən düşündürücü olduğunu vurğulayıb.
Ekran əsərinin özbək dilinə dublyajını həyata keçirən rejissor, operator Eldar Məmmədov filmin səsləndirilməsində Özbəkistanın tanınmış artistlərinin iştirak etdiyini qeyd edib. Filmlərimizin özbək dilində nümayişinin onun ən böyük arzusu olduğunu söyləyən E.Məmmədov bu layihəyə göstərilən yardıma görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
Filmin mətnini tərcümə edən tanınmış özbək jurnalisti Rüstəm Cabbarov, Özbəkistanın Əməkdar artisti İsomat Erqaşov da dublyaj prosesi barədə fikirlərini söyləyiblər.
Sonra "Bəxt üzüyü" özbək dilində nümayiş olunub. Film tamaşaçıların marağına və alqışlarına səbəb olub.
Filmin nümayiş etdirilmək məqsədilə Özbəkistanın Dövlət Televiziyasına və digər televiziya kanallarına göndərilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar