“Mosfilm” kinostudiyası 500-dən artıq filmin pulsuz nümayişini «VKontakte» internet sosial şəbəkəsində təşkil edəcək.
Filmlər 2016-cı ilin “Rusiya kinosu ili” elan olunması münasibətilə yayımlanacaq. Ekran əsərləri arasında Leonid Qayday, Nikita Mixalkov, Eldar Ryazanov, Georgi Daneliya, Andrey Konçalovski, Mark Zaxarov, Mixail Romm, Sergey Eyzeynşteyn və digər məşhur sovet rejissorlarının filmləri yer alacaq.
Filmləri sosial şəbəkədə «Mosfilm»in səhifəsində izləmək mümkün olacaq. Filmlərin siyahısı getdikcə yenilənəcək. Həmçinin 30 ən yaxşı film «VKontakte» internet sosial şəbəkəsinin «Videoyaz» bölməsində yerləşdiriləcək.