Türkiyədə sovet lideri Vladimir Leninin taxta büstü haqqında komediya filminin çəkilişlərinə başlanacaq. “RİA-Novosti”nin məlumatına görə, film «Sən, mən və Lenin» adlanacaq.
Leninin büstü 1991-ci ildə Türkiyənin Akçakoca bölgəsində Qara dəniz sahilində tapılıb. Əvvəlcə yerli hakimiyyət orqanları büstü ekzotika olaraq mərkəzi meydanların birində, sonradan isə muzeydə yerləşdirmək istəyib, sonradan bu fikirdən imtina edib. Büst şəhər meriyasının anbarında qərar tutub.
Filmdə Leninin büstünün mərkəzi meydanların birində yerləşdirilməsi ilə Akçakocaya çoxlu turist cəlb olunacağı və bölgədə həyat şəraitinin dəyişiləcəyindən bəhs ediləcək.

İlona Qubadova








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar