Rejissor Şamil Əliyevin “Çölçü” filmi daha bir mükafata layiq görülüb. Film İtaliyada pandemiya ilə əlaqədar olaraq onlayn formatda keçirilən “Rome İnternational Movie Awards 2020” festivalında “Ən yaxşı bədii film” mükafatını qazanıb.
Mədəniyyət Nazirliyinin sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm”də istehsal olunan ekran əsərinin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.