“Forbes” jurnalı dünya kino sənayesində ən çox qazanan aktyorların yeni siyahısını tərtib edib.

Amerika aktyoru və prodüseri Dueyn Conson bu il də ən çox qazanan aktyorların reytinqinə başçılıq edib. Ötən 12 ay ərzində o, 87,5 milyon dollar qazanıb. O, bu il təkcə “Netflix”də nümayiş olunacaq “Red Notice” serialından 23,5 milyon dollar əldə edib.

Siyahıda ikinci  yeri kanadalı aktyor Rayan Reynold tutur. O, bir il ərzində 71,5 milyon dollar qazanıb.

“Forbes”in reytinqində, həmçinin amerikalı aktyor Mark Uolberq, Ben Afflek, Vin Dizel, Bollivud ulduzu Akşay Kumar, Brodvey müzikllərinin yaradıcısı Lin-Manuel Miranda, aktyorlar Uill Smit, Adam Sendler, Ceki Çan yer alıb. Onların son 12 ay ərzində qazancları 40-60 milyon dollar arasında olub.

İLONA