Oktyabrın 28-də Dövlət Film Fondunda tanınmış kinooperator və rejissor, Əməkdar incəsənət xadimi Rasim İsmayılovun (1936-2004) 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkil etdiyi tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi də nümayiş olunacaq. Xatirə gecəsində kino xadiminin yaradıcılıq yolundan ətraflı söz açılacaq.