Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq sulu boya festivalı çərçivəsində ustad dərsləri davam edir.

Festival çərçivəsində növbəti ustad dərsini akvarel texnikasında işləyən tanınmış rəssam Fəxrəddin Qəhrəmanlı keçəcək.

Ustad dərsi avqustun 28-də  saat 12:00-da “Zoom” proqramı üzərindən təqdim olunacaq.

Ustad dərsini Xətai Sənət Mərkəzinin (+994) 12 490 84 51/52/53, (+994) 50 564 40 70 nömrələri  ilə əlaqə saxlayıb qeydiyyatdan keçərək canlı yayım vasitəsilə izləmək mümkündür.

Sənətsevərlər ustad dərsini Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin sosial media (“Facebook”, “İnstagram”) hesabları vasitəsilə də izləyə bilərlər.

Xatırladaq ki, festival sulu boya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyəti, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.