Noyabrın 3-dən 12-dək Bakıda VII Avropa Film Festivalı keçiriləcək. Festivalda Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq. Festival çərçivəsində tamaşaçılara müxtəlif kateqoriyalarda - komediya, dram, romantika, fantastika, macəra janrlarında bədii və sənədli ekran əsərləri təqdim ediləcək.
Bu barədə VII Avropa Film Festivalının açılışına həsr olunmuş mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard məlumat verib.
O, yeddinci dəfə keçirilən festivalın “Park Cinema” kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunduğunu deyib. Bildirib ki, festivalın proqramına 2015-2016-cı illərdə istehsal olunmuş və müxtəlif mükafatlara layiq görülmüş filmlər daxildir. Festivalda nümayiş ediləcək filmlər vasitəsilə Avropa mədəniyyəti müxtəlif rakurslardan göstəriləcək. Orijinal dildə və ingilis dilində alt yazı ilə təqdim olunacaq filmlərin nümayişi pulsuzdur.
Festival çərçivəsində izləyicilər üçün esse və jurnalistlər üçün məqalə yarışması keçiriləcək. Yazılar Aİ-nin Azərbaycandakı nümayəndəliyinin “Facebook” səhifəsində yerləşdirilməlidir. Qaliblər fevralda keçiriləcək Berlin film festivalında iştirak etmək imkanı qazanacaqlar.
“Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev bildirib ki, festivalın müddəti 10 günədək artırılıb. Festival Yunanıstan və İspaniya filmləri ilə açılacaq. Azərbaycan kinosunu festivalda “Qırmızı bağ” filmi təmsil edəcək.
Tədbirə Yunanıstan, İspaniya, Avstriya, Fransa və Xorvatiyadan aktyor və rejissorlar qatılacaq.
Filmlər proqrama əsasən “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Park Bulvar”, “Metropark” və “Flame Tower” kinoteatrlarında nümayiş olunacaq.
İspaniyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xose Luis Dies və Yunanıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Konstantinos Adamopoulos ölkələrinin festivalda nümayiş olunacaq filmləri barədə məlumat veriblər.
Rejissor Pantelis Vulqarisin “Kiçik İngiltərə” dramı ölkənin kino akademiyasının altı mükafatına layiq görülüb. David Truebenin komediya-dram janrında çəkdiyi “Bağlı gözlərlə yaşamaq asandır” filmi isə ən yaxşı film kimi “Qoyya” mükafatını qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar