Atası azərbaycanlı, anası ukraynalı olan fransalı aktyor, rejissor və ssenarist Robert Hossein Kiyevdə Beynəlxalq “Molodist” Film Festivalının xüsusi mükafatına layiq görülüb.
Pandemiyaya görə aktyorun mükafatı onun hazırda yaşadığı Vittel kommunasında təşkil edilmiş rəmzi mərasimdə təqdim olunub.
Anası ukraynalı pianoçu, atası azərbaycanlı olan 92 yaşlı R.Hossein 20-dən çox tamaşanın müəllifidir. Onun 1978-ci ildə Fransa paytaxtında təqdim olunan “Paris Notre Dame” tamaşası böyük uğur qazanıb.
“Molodist” (Gənclik) festivalı Ukraynanın ən mühüm festivallarından biri hesab olunur. 1970-ci ildən fəaliyyət göstərən bu festivalda qısa və tammetrajlı, eləcə də tələbə filmlərinin premyerası təqdim olunur.