Moskvada yaşayan azərbaycanlı rejissor və ssenarist Anar Abbasov Rusiyanın Arxangelsk şəhərində keçirilən “Arctic open” beynəlxalq festivalında mükafata layiq görülüb. Rejissorun festivala təqdim etdiyi “Döyüş” filmi “Uşaq filmləri kateqoriyasında ən yaxşı film” mükafatını qazanıb.

Ekran əsəri istedadlı bir rəqqasənin fiziki məhdudiyyəti (karlıq) üzərində qələbəsindən bəhs edir.

Anar Abbasov 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini, 2011-ci ildə Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsini bitirib.