Gənc skripkaçı Canel Nəcəfli ABŞ-da keçirilmiş “Boulder Bach Festival” adlı klassik musiqi yarışmasında 39 ölkədən qatılmış 273 iştirakçı və “University” kateqoriyasında olan 49 nəfər arasında mükafatlandırılan 10 nəfərdən biri olub.
C.Nəcəfli 2021-ci ildə həmin festivalda canlı çıxış etmək üçün ABŞ-a dəvət alıb.
Əslən Şuşadan olan Canel Nəcəfli 2002-ci ildə Bakıda anadan olub. Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Simli alətlər kafedrasının qiyabi təhsil üzrə, Çexiya (Plzen) Konservatoriyasının isə əyani təhsil üzrə II kurs tələbəsidir. İlk solo çıxışlara 2014-cü ildən başlayıb. Beynəlxalq müsabiqələrin qalibidir. 2018-ci ildə Brüsseldə keçirilən “Grumiaux” müsabiqəsində qazandığı diplom ona Bakı Musiqi Akademiyasında müsabiqədənkənar təhsil almaq şansı verib.