Noyabrın 3-də Bakıda VII Avropa Film Festivalının açılışı olub. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.
“Park Bulvar”da baş tutan açılış mərasimində “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev deyib ki, 10 gün davam edəcək festivalda Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq. Filmlər proqrama əsasən “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Park Bulvar”, “Metropark” və “Flame Tower”dəki kinoteatrlarında nümayiş olunacaq.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard festivalın nümayiş olunacaq ekran əsərləri vasitəsilə Avropa mədəniyyətinin müxtəlif rakurslardan tamaşaçılara çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib. O, festivala göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.
Festivalın ilk günü İspaniya rejissoru David Truebenin komediya-dram janrında ekranlaşdırdığı “Bağlı gözlərlə yaşamaq asandır” filmi nümayiş olunub. Həmin gün Yunanıstan istehsalı olan “Kiçik İngiltərə” filmi də təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar