28-31 oktyabr tarixində Qırğızıstanın paytaxtı Bişkekdə MDB ölkələrinin “Umut” Gənc Film Forumu keçirilib. Festivalın müsabiqə proqramında ölkəmizi təmsil edən “Yuxarıda və aşağıda” qısametrajlı bədii filmi “Ən yaxşı bədii film” diplomuna layiq görülüb.
Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxildir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Teymur İsmayılov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Gökhan Ceylan, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədir (“Adari films”). Baş rolları Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov və digərləri canlandırırlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar