Bu günlərdə çapdan çıxan “Türkdilli xalqların diasporları” adlı kitab türk xalqlarının tarixini, diaspor mövzusunu araşdıran tədqiqatçılar, alimlər və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün maraqlı mənbə ola bilər. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilən kitabın müəllifi Zaur Əliyevdir.
   Kitabda türkdilli xalqların diasporları, onların məskunlaşma coğrafiyası, təşkilati strukturu, müasir durumu ilə bağlı məlumatlar toplanıb. Nəşrdə türkdilli dövlətlərin xarici siyasətinin formalaşmasında, türkdilli xalqların problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor amilinin rolunu əks etdirən məqamlara da toxunulub.