Noyabrın 3-də Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan “Samidə məktub” sənədli filmi nümayiş olunub.
“Yaddaş” studiyasında hazırlanan ekran əsərinin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatoru Ömər Kutiyev, səs rejissoru Teymur Abdullayev, prodüseri Cavid İmamverdiyev və montajçısı Ələkbər Hümbətovdur.
Film aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Samid İmanova həsr olunub.
Çəkilişlər Bakıda və Milli Qəhrəmanın doğulub boya-başa çatdığı Neftçalada aparılıb.