“YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanı sənətsevərləri yenidən qarşılamağa hazırdır.
Sözügedən məkanda rəssam Elturan Məmmədovun “Müvafiq tədbirlər” adlı fərdi sərgisi ilə həftənin II-V-ci günləri saat 12:00-dan 20:00-dək tanış olmaq mümkündür.
Sərginin müddəti oktyabrın 2-nə qədər uzadılıb. Binaya daxil olmazdan öncə sadə sanitar-epidemioloji tələblərə riayət etmək vacibdir. Məkana eyni vaxtda sadəcə 6 nəfər daxil ola bilər. Tibbi maskaların və antiseptikin istifadəsi zəruridir.
Giriş ödənişsizdir.