“İçərişəhər” Muzey Mərkəzi də sentyabr ayının 1-dən etibarən muzeylərə ziyarəti açıq elan edib. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki muzeylərə 5 nəfərədək qruplar buraxılacaq. Tibbi maskalardan istifadə mütləqdir.