Fotoqrafiya ilə müntəzəm məşğul olanlar və rəssamlar üçün daha bir beynəlxalq müsabiqə elan olunub.

“212 İstanbul fotoqrafiya müsabiqəsi”nin əsas məqsədi onu İstanbulda yaranan mədəniyyət və incəsənət ənənəsinə transformasiya etməkdir. Müsabiqəyə qatılmaqla iştirakçılar bu sahədə beynəlxalq səviyyədə tanınma imkanı qazanacaqlar.

Müsabiqədə janra görə seçim sərbəstdir: portretlər, mənzərələr, natürmort, moda və digərləri.

Fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən bir sıra hədiyyələrlə mükafatlandırılacaq. Əsas qalib üçün pul mükafatı olaraq 5000 avro və sertifikat, həmçinin təqdim olunan işin peşəkarlar tərəfindən baxışı və “212 Jurnalı”nda nəşri nəzərdə tutulur. Ən yaxşı 10 iştirakçıya isə sertifikat və təşəkkür məktubu təqdim ediləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün müsabiqənin saytına keçid etmək lazımdır: 

https://212photographyistanbul.com/en/