Arktikada yeni boğaz aşkar edilib
Rusiyanın Şimal donanmasının, Rusiya Coğrafiya Cəmiyyətinin və “Rus Arktikası” Milli Parkının birgə həyata keçirdiyi ekspedisiya Yeni Torpaq arxipelaqında yeni boğaz aşkar ediblər. Amma ağ ayılar tədqiqatçıların sahilə çıxmasına mane olub.
Donanmanın yaydığı məlumatda ekspedisiya çərçivəsində coğrafi kəşfin edildiyi bildirilir. Qeyd olunur ki, şimal dənizçiləri Yeni Torpaq arxipelaqının Jerdi yarımadasından ayrıldığını müəyyənləşdiriblər. Bu isə yeni boğazın olduğu ərazidir. Yeni coğrafi obyektlər xəritəyə daxil edilib, ölçülüb və fotoları çəkilib. Eyni zamanda tədqiqatçıların işinə hava və təbii şərait mane olub. “Ekspedisiyanın aparıldığı yerlərdə sıx duman olub ki, bu da görünmə dərəcəsini azaldıb. Sahilə çıxma cəhdi çoxlu sayda ağ ayılar səbəbindən baş tutmayıb”, – deyə məlumatda bildirilir.
Lakin ekspedisiya iştirakçıları Lomonosov burnunda sovet dövrünə aid balıqçı daxması tapıblar. Daxmanın ətrafında məişət əşyaları, giliz və heyvan sümükləri olub. Paxtusov adasındakı düşərgədə də yeni tapıntılar əldə edilib. Orada iki daxma, anbar, hamam və dörd qəbir aşkarlanıb. Sahildə həmçinin iki lövbər, məişət və balıq tutmaq üçün əşyalar tapılıb.
Arktika arxipelaqlarına avqustun 5-dən başlanmış birgə ekspedisiya oktyabr ayınadək davam edəcək.