Baxmayaraq ki, iyulda ölkəyə 2,5 milyon turist gəlib

Milli gəlirinin önəmli hissəsini turizmdən götürən İspaniya pandemiya səbəbindən sektorda ən ağır ilini yaşayır. Cari ilin təkcə iyul ayında İspaniya ötən ilin eyni ayı ilə müqayisədə 7 milyondan çox turist “itirib”.

Mövcud vəziyyət pandemiya nəticəsində turizmin iflasının milli iqtisadiyyatda boşluq yaratdığını göstərir. Ötən ilin iyulunda İspaniyaya 10 milyon turist gəlmişdi. Bu ilin iyulunda isə bu rəqəm 2,5 milyon olub. İspaniyada turizm əsasən əcnəbilərdən və yay mövsümündən asılıdır. İqtisadiyyatı 80 faiz turizmdən asılı olan Balear və Kanar adaları üçün mövsüm son dərəcə uğursuz olub.

Turistlərin bəzi regonlara oktyabr ayına qədər gəlməsinə baxmayaraq, turizm sahəsi bu il üçün artıq bitmiş (“batmış”) hesab edilir, mövsüm isə bağlanıb.

Ekspertlər gələn ilin mart ayına qədər turizm sektorunun bərpasını gözləmirlər. İspaniyanın “Exceltur” Peşəkar Turizm Federasiyası il ərzində zərəri 99 milyard avro civarında qiymətləndirir. Təkcə yay mövsümündə itkilərin 36 milyard dollar olacağı güman edilir.

İLONA