Rusların ən çox getdikləri ölkə isə Türkiyədir

Son illərdə postsovet ölkələrində də turizmin artım dinamikasında yüksəliş var. Lakin bunu həmin ölkələrin dünya turizminin tələblərinə cavab verəcək səviyyəyə qalxması üçün yetərli saymaq olmaz. Belə ki, Ümumdünya İqtisadi Forumu bugünlərdə dünya ölkələrinin turizm sahəsində inkişaf və rəqabətə davamlılığını müəyyənləşdirən hesabatını açıqlayıb.

2008-ci ili əhatə edən hesabatda Azərbaycan turizm sahəsində rəqabətədavamlılığına görə 130 ölkə arasında 79-cu yerdə qərar tutub. MDB ölkələrindən Rusiya bu siyahıda 64-cü, Gürcüstan 72-ci, Ukrayna 77-ci, Ermənistan isə 89-cu yerdə qərarlaşıb. Hesabat hazırlanarkən ölkələr turizm, ekologiya, təhlükəsizlik, səhiyyə və gigiyena sahəsindəki qanunvericiliyin vəziyyəti; turizm biznesi şərtləri və infrastrukturun vəziyyəti; insan, mədəni və təbii resursların turizm sektoruna cəlbi səviyyəsi parametrləri üzrə qiymətləndirilib. Göründüyü kimi, MDB ölkələrindən bu siyahıda heç əlliliyə düşən yoxdur. Məlumat üçün bildirək ki, siyahıda ilk 3 yeri İsveçrə, Avstriya və Almaniya tutublar.


Konkret ölkələrə gəlincə isə proqnozlara görə, 2008-2010-cu illərdə Rusiyadan xaricə gedən turistlərin sayı hər il 13-15 faiz artaraq 2010-cu ildə 16 milyon nəfərə çatacaq. Bu artımın əsas səbəbi kimi Rusiyada əhalinin gəlirlərinin çoxalması göstərilir. Artıq əksər turizm ölkələri rus turistləri cəlb etmək üçün Rusiyada geniş təbliğat kampaniyaları başladıblar. 2007-ci ildə Rusiyadan 9,3 milyon nəfər turizm məqsədilə xaricə səfər edib. Bu, əvvəlki illə müqayisədə 20,8 faizlik artım deməkdir. Rusların ən çox getdikləri ölkə Türkiyədir. Ötən il burada 2 milyona yaxın rusiyalı turist dincəlib. Ruslar arasında populyarlığına görə ikinci yeri Çin tutur - keçən il 1,7 milyon nəfərə yaxın rus bu ölkəyə gedib. Üçüncü yerdə olan Misirə isə 1,3 milyon nəfər üz tutub. Turizm ölkələri rus turistləri cəlb etmək üçün Rusiyada reklam büdcələrini durmadan artırırlar. Məsələn, Türkiyə bu il Şimal qonçumuzdakı reklam xərclərini 10 milyon dollardan 12 milyon dollara qaldırıb. İsrail isə Rusiyada reklam büdcəsini 1 milyon dollardan 3 milyon dollara çatdırıb. Kiprin eyni xarakterli xərci 3,5 milyon, Xorvatiyanınkı 2 milyon, Tailandınkı isə 1 milyon dollar təşkil edəcək. Finlandiya yalnız yay turizminin Rusiyada reklamı üçün 520 min dollar ayırıb.


2007-ci ildə Ukraynaya 23 milyon turist səfər edib. 2012-ci ildə Avropa çempionatına ev sahibliyi etməsinin Ukrayna üçün turizmin inkişafı baxımından əlverişli imkan yaradacağı gözlənilir. Həmin il oyunlara baxmaq üçün Ukraynaya 1 milyondan yuxarı xarici azarkeşin gələcəyi proqnozlaşdırılır. Belarus isə 5,3 milyon nəfəri qəbul edib. 2010-cu ilə bu rəqəmin 7,5 milyon nəfərə çatdırılması planlaşdırılır.


Qazaxıstan hökuməti isə qarşısına ölkəni turizm üzrə rəqabət qabiliyyətli 30 ölkə sırasına çıxarmaq planı qoyub. Qəbul olunmuş dövlət proqramında iki istiqamət seçilib - “Böyük İpək Yolu boyu turizmin inkişafı” və “Xəzər dənizi sahillərində çimərlik və kruiz turizminin inkişafı”. Bu iki layihənin reallaşdırılmasına dövlət büdcəsindən 60 milyard təngə ayrılıb.
Cənubi Qafqazdakı qonşularımıza gəlincə, 2008-ci ildə Gürcüstana ötən ilkindən 300 min nəfər çox - 1,3 milyon nəfərdən yuxarı turistin gələcəyi proqnozlaşdırılırdı. Ötən il isə bu ölkəyə 1 milyon 52 min turist gəlib. Xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış inkişaf planına əsasən 2015-ci ildə onların sayının 2,5 milyona çatdırılması nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar