İngiltərənin paytaxtı Londonda pandemiya səbəbilə aylardır bağlı qalan kinoteatrlar fəaliyyətini açıq havada davam etdirəcək.

Məşhur London kanalının kənarında monitor quraşdıran sahibkarlar tamaşaçılar üçün izləmə qayıqları da hazırlayıblar.

Açıq hava kinoteatrına gələnlər filmi kanaldakı qayıqlardan və sahilə qoyulmuş şezlonqlardan (yüngül kreslo) izləyə bilərlər. Kinomanlar üçün təşkil olunmuş hər bir qayıq altı və ya səkkiz nəfər üçün nəzərdə tutulub.